Ölkə

Koronavirusa xas olan əsas əlamətlər açıqlandı

21 Avqust 2020 17:53
Baxış: 2 708
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusun dünyada qəbul olunan əsas əlamətləri qızdırma, quru öskürək və halsızlıqdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

F.Sədirov bildirib ki, daha sonra gələn əlamətlər isə əzələ ağrıları, başağrıları, ürək bulanmaları, mədə-bağırsaq problemləri və digər əlamətlərdir. Onun sözlərinə görə, heç bir şikayət olmadığı halda dad və iy bilmə hissinin birdən-birə itməsi koronavirusa xas olan bir xarakterdir. Hətta bəzi ölkələrdə bu əlamətin olması virusun müsbət olması ehtimal kimi qəbul edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.