Ölkə

9 hakimin fəaliyyətinə xitam verilib - VİDEO

12 Avqust 2020 12:12
Baxış: 2 241
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İndiyə qədər fəaliyyətində korrupsiya hüququ pozuntularına yol verən 9 hakimin fəaliyyətinə xitam verilib, 4-ü isə daha aşağı işə keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Məhkəmə-Hüquq Şurası Aparatının Korrupsiyaya qarşı mübarizə və Məhkəmə monitorinqi sektorunun vəzifəsini icra edən Seyfəlpaşa Əliyev deyib.

O bildirib ki, Məhkəmə Hüquq Şurası tərəfindən indiyədək 60-dan çox məhkəmədə monitorinqlər keçirilib:

"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmandan indiyə qədər fəaliyyətində korrupsiya hüququ pozuntularına yol verən, vətəndaşın hüquqlarını süni maneə hallarına görə 39 hakim intizam məsuliyyətinə cəlb olunub".

Onun sözlərinə görə, işlərin elektron bölgüsünün həyata keçirilməsi ilə bağlı 20-dək pozuntu aşkarlanıb və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb. Daha ciddi pozuntularla bağlı isə iki məhkəmə sədri barədə intizam icraaatı başlanılıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.