Bu gün Gürcüstandan daha 352 nəfər Azərbaycana təxliyə olunacaq.
Milli.Az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, təxliyə edilənlərdən 107-si Azərbaycan vətəndaşı, 233-ü Gürcüstan, 12-si isə Rusiya vətəndaşlarıdır.
Onlar ötən gün Tbilisidəki klinikalardan birində PCR testlərindən keçirilib və bütün test cavabları neqativ olub.
Təxliyə olunanlar saat 10:00-da Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısından xüsusi avtobuslarla "Sınıq Körpü" sərhəd-keçid məntəqəsinə yola salınacaqlar. Onların Azərbaycanda karantinə alınmayacağı bildirilib.
Milli.Az