Ölkə

21 adda dini kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb

7 Avqust 2020 16:29
Baxış: 511
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar-iyun ayları ərzində Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 1732 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 21 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2020-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunan onlayn iclasda məlumat verilib.

Bildirilib ki, ölkədə nəşr olunmaq məqsədilə təqdim edilmiş 73 adda dini ədəbiyyata baxılaraq, onlardan 1-nin çapı məqsədəuyğun sayılmayıb. Həmçinin 176 adda (253 321 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib. Hüquq mühafizə orqanları tərəfindən Dövlət Komitəsinə göndərilmiş 115 adda dini təyinatlı ədəbiyyata və məmulat materiallardan 26-sının zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib. Eyni zamanda ötən dövr ərzində 3 ixtisaslaşdırılmış satış məntəqəsinin fəaliyyətinə razılıq verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.