Ölkə

Tovuzda tütün qurutma müəssisəsi fəaliyyətə başlayıb - FOTO

6 Avqust 2020 16:53
Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, ölkəmizdə ixracyönümlü və ənənəvi sahələrin dirçəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində tütünçülüyün inkişaf etdirilməsi də qarşıya məqsəd qoyulub. Bu sahənin inkişafında Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı" böyük əhəmiyyət kəsb edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, həmin proqram çərçivəsində Tovuz rayonunda istehsal olunmuş tütün məhsullarının tədarükü, saxlanılması və emalı məqsədilə tütün qurutma müəssisəsinin yaradılması nəzərdə tutulub. Dövlət proqramının icrası çərçivəsində "Tovuz Aqro Sənaye" MMC-də yaradılmış tütün qurutma müəssisəsi öz fəaliyyətinə başlayıb.

Əvvəllər rayonda istehsal olunan yaş tütün yarpaqları 250-300 km məsafədə digər rayonlarda olan tütün qəbulu məntəqələrinə təhvil verilirdi. Bu isə yaş tütün məhsulu istehsalçıları üçün iqtisadi cəhətdən səmərəli deyildi. Hazırda Tovuzda tütün qurutma müəssisəsinin yaradılması ilə həmin problemin həlli rayonda və bölgədə tütünçülüyün inkişafı üçün geniş imkanlar yaradıb.

Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Məmməd Məmmədov həmin müəssisədə olaraq işlərin gedişi ilə maraqlanıb. Bildirilib ki, bu il rayonda tütünçülüklə məşğul olan fermerlər və digər istehsalçıları 50 hektar sahədə tütün əkiblər. Bir neçə gündür ki, tütün yarpağı yığımına başlanılıb. Qısa müddət ərzində 100 tona yaxın yaşıl tütün yarpağı sahələrdən dərilərək birbaşa tütün qurutma məntəqəsinə təhvil verilib. Müəssisədə yaş tütün yarpağının qəbulundan başlamış texnoloji prosesin son məhsulu kimi tütün fermentasiya fabrikinə kipləşdirilmiş halda göndərilən quru yarımfabrikat istehsalı tamamilə müasir texnologiyalar əsasında həyata keçirilir. Bunun üçün tam avtomatlaşdırılmış həmin məntəqəyə 10 ədəd termopilin avadanlığı Serbiya Respublikasından alınıb gətirilmişdir. Hazırda müəssisədə 30 nəfər daimi işlə təmin olunub.

RİH başçısı kollektiv üzvləri və məhsul istehsalçıları ilə görüşü zamanı bildirilib ki, tütünçülüyün inkişafı üçün sahibkarlara daim dövlət tərəfindən lazımi diqqət və qayğı göstərilir və gələcəkdə də bu istiqamətdə ardıcıl tədbirlər görüləcəkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.