Ölkə

Pandemiya üzümçülük sahəsinə necə təsir edib?

30 İyul 2020 12:07
Baxış: 792
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu il üzümçülük pandemiya dövrünə düşsə də bu sahədə elə də ciddi geriləmə baş verməyib.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Vüqar Səlimov deyib.

Onun sözlərinə görə, üzümün yetişdirilməsində daha çox texnikanın imkanlarından istifadə edildiyi üçün ləngimələr olmayıb:

"Hazırda müasir zamandır və bir texnika gün ərzində bir neçə hektar ərazini dərmanlaya, torpağı becərə bilər. Suvarma isə damcılı sistemlə həyata keçirilir. Yəni işlərin əksəriyyəti texnika vasitəsilə görüldüyü üçün geriləmə baş verməyib".

V.Səlimov qeyd edib ki, üzümçülükdə əl əməyi ilə görülən əsas işlərdən biri budamadır, bu işlər isə pandemiyadan əvvəl başa çatdığından sahibkarlar çətinliklə üzləşməyiblər.

Mütəxəssis əlavə edib ki, bu il bəzi ərazilərdə yaz mövsümü soyuq keçib, bu da məhsuldarlığa öz mənfi təsirini göstərə bilər:

"Bu ilin aprel ayında hava şəraitinin qeyri-sabit keçməsi də üzümə təsir göstərə bilər. Belə ki, həmin ayda çiçəkləmə dövrü olduğu üçün havanın yaxşı keçməsi vacibdir. Ancaq ümumən götürəndə bizim müşahidələrimiz onu göstərir ki, məhsuldarlıq bu il heç də əvvəlki illərdən zəif olmayacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.