Ölkə

Azərbaycanın 12 rayon və şəhərində bələdiyyələrdə Gender Komissiyaları yaradılacaq

29 İyul 2020 17:13
Baxış: 1 613
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) dəstəyi ilə "Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə Proqramı" çərçivəsində üç mərhələli layihənin III mərhələsində respublikanın 12 rayon və şəhərində Bələdiyyələrdə pilot olaraq Gender Komissiyalarının yaradılması nəzərdə tutulur.

Bu barədə Milli.Az-a Ailə, Qadın Və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib. Məlumata görə, həmin komissiyalar yerlərdə gender bərabərliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görəcək:

"İlk növbədə bu, pilot layihə olacaq. Bununla bağlı təlimlər davamlı keçirilir. Bu, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə birlikdə olacaq. İctimai əsasla yaradılan  komissiyalar  Bələdiyyələr çərçivəsində milli qanunvericiliyə əsasən yerlərdə qadın hüquqlarının müdafiəsi, gender balansının təmin edilməsi, məişət zorakılığı ilə mübarizə  sahəsində işlər, tədbirlər görəcəklər. Bunlar həm də maairfləndirici tədbirlər olacaq. Layihə cari il ərzində ediləcək və planlaşdırılır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.