Ölkə

QHT rəhbəri orduya yazıldı: "Birinci savaşdan yarımçıq qalmış sözüm var"

17 İyul 2020 20:47
Baxış: 1 615
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Turan Araşdırma Mərkəzinin sədr müavini iqtisadçı-alım, hüquqşünas, müasir dövlətimizin quruculuğunda ümummilli lider Heydər Əliyevin ən yaxın silahdaş və sirdaşlarından -  91-lərdən olan,  eyni zamanda əsərləri ilə erməni yalanlarını ifşa edib dünyaya çatdıran professor Əjdər İsmayılovun oğlu Cavid İsmayıl öz feysbuk səhifəsindən Azərbaycan Ordusunda  könüllü hərbi xidmət  üçün  qeydiyyatdan keçdiyini bildirib.

C.İsmayıl öz fikirlərini belə ifadə edib: "Birinci savaşdan yarımçıq qalmış sözüm var. Son şərəfli sözü demək üçün yazıldım! Həm də bu savaş bizim nəslin savaşıdır. Bu savaşı gələcək nəsillərə ötürməyə  haqqımız yoxdur! Bu savaşı biz bitirməliyik! Tanrı Vətənimizi qorusun!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.