Ölkə

Azərbaycanda son sutkada 471 nəfər COVID-19-a yoluxub, 549 nəfər sağalıb, 7 nəfər vəfat edib

17 İyul 2020 18:07
Baxış: 2 654
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 471 yeni yoluxma faktı qeydə alınıb, 549 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 26 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 17 805 nəfər müalicə olunaraq sağalıb, 341 nəfər vəfat edib, 8 490 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 023, ötən müddət ərzində isə ümumilikdə 610 523 test aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.