Ailəsi ilə birgə koronavirusa yoluxan Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev sağalıb.
Milli.Az xəbər verir ki, bu barədə özü məlumat verib.
Son testinin nəticəsini sosial şəbəkədə paylaşan sözçü "İyunun 25-dən bütün həyat ritmimi dəyişən COVID-19-la, nəhayət, yollarımız ayrıldı. Sonuncu testin nəticələri NEQATİV çıxdı. Xəstəlik müddətində narahatlıq keçiriən, dəstək olan hər bir kəsə dərin təşəkkürümü bildirirəm" açıqlamasını verib.
Məhəmməd Vaqif
Milli.Az