Ölkə

General Polad Həşimovun anası: "Evini şəhid ailəsinə verdiyini dost-tanışdan eşitmişdim" - VİDEO

17 İyul 2020 12:37
Baxış: 6 473
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tovuz istiqamətində gedən döyüşlərlərdə şəhid olan general-mayor Polad Həşimovun anası Səmayə Həşimova oğlundan danışıb.

Milli.Az xəbər verir ki, unikal.org-a müsahibə verən ana oğlunun şəhid olmazdan öncə onunla son söhbətləri, eləcə də Prezident İlham Əliyevlə telefon danışığından bəhs edib.

Oğlunun hər zaman vətən dərdi çəkdiyini deyən Səmayə Həşimova bildirib ki, Polad Həşimov əsgərlərinə "uşaqlarım" deyərmiş, işə gedərkən onlar üçün hətta diş məcunu belə alıb aparırmış. 

S.Həşimova əlavə edib ki, oğlunun ona bağışlanan evi şəhid ailəsinə verdiyi haqda xəbərləri dost-tanışdan eşidib. Onun sözlərinə görə, şəhid general etdiyi yaxşılıqlar haqda heç vaxt anasına danışmayıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.