Vəkillərin üzvlük haqqına güzəştlərin tətbiq edilməsi məsələsinə baxılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov son günlər cəbhə xəttində baş vermiş hadisələr barədə fikirlərini bölüşüb, xüsusilə Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində təxribat törətməsi nəticəsində şəhid olan əsgər və zabitlərimizin ailələrinə Rəyasət Heyətinin bütün üzvləri adından başsağlığı verərək səbr diləyib. Eyni zamanda, Anar Bağırov öz çıxışında ölkəmizin ərazi bütövlüyünün qorunması işində vəkillərimiz hər zaman mübarizəyə hazır olduqlarını əminliklə bildirib.
Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilib, hazırda dövlət qulluğunda olan bəzi vəkilliyə namizədlərin vəkillik fəaliyyətinə başlamalarına möhlət verilməsinə dair müraciətlərə baxılmış və bir sıra vəkillərin mükafatlandırılması məsələlərinə dair müsbət qərarlar qəbul olunub.
Ölkəmizdə COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq edilən karantin rejiminin şərtlərini nəzərə alaraq Vəkillər Kollegiyasının üzvlərinin cari ilin iyul ayı üçün Vəkillər Kollegiyasına ödəməli olduqları üzvlük haqqının güzəşt olaraq vəkilliyin inkişaf fondundan ödənilməsi barədə Rəyasət Heyəti tərəfindən qərar qəbul olunmuş, bu çərçivədə pandemiya dönəmində vəkillər tərəfindən vəkil qurumlarına ödənilən saxlanma xərclərinin həcminin azaldılması məsələsi ölkə üzrə bütün vəkil qurumlarına tövsiyə edilib. Eyni zamanda, səhhətlərindəki problemlərlə və onların müalicəsi ilə bağlı Kollegiyaya müraciət etmiş vəkillərin müraciətlərinə baxılmış, onlara maddi dəstəyin verilməsi barədə müvafiq qərarlar qəbul olunub.
İclasda Sumqayıt "ASAN xidmət" mərkəzində vəkil kabinetinin yaradılması barədə təqdimata baxılmış və müvafiq qərar qəbul olunub.
Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq aidiyyəti qərarlar qəbul edilib.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bəzi rayonlara yağış yağıb, külək güclənib
-
Pelenin əfsanəvi forması rekord məbləğə satılıb
-
Qızılın qiyməti 3 991 dollara düşdü
-
Dünya çempionatının finalını o idarə edəcək
-
Biləsuvarda üç avtomobil toqquşdu: 1 nəfər öldü
-
Neft qiymətləri bahalaşdı
-
Özündən 1 yaş böyük olduğunu öyrəndi - Reaksiyası gündəm oldu - (Video)
-
Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərində qaz kəsiləcək
-
"Hade" keçmiş həyat yoldaşını belə təbrik etdi - (Foto)
-
Badımcan mürəbbəsi resepti
-
Bu 5 ifadə manipulyasiya edildiyinizə işarədir
-
Şarliz Terron oğlu ilə (Foto)
-
Dünyanın ən çox ziyarət edilən 4 ölkəsi
-
Aşpazlar badımcanı qızartmazdan əvvəl bunu edir: Acılıq yox olur
-
Dünyanın ən xoşbəxt insanı: Xoşbəxtliyin sirri bu 2 sözdə gizlidir
-
Ayaz Qasımov 10 kiloqram arıqladı (Video)
-
Quzu əti niyə fərqli qiymətlərə satılır? (Video)
-
Birinci kurs tələbəsi dünyasını dəyişdi
-
Zelenski azərbaycanəsilli məmuru vəzifəsindən azad etdi
-
İsti havalarda pomidorları tərs çevirin: Mütəxəssislərdən çağırış
-
Biləsuvarda zəncirvari qəza - bir nəfər ölüb
-
"Qarabağ"ın potensial rəqibi müəyyənləşib
-
Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
-
Ayanın İstanbuldakı evi (Video)





