Ölkə

Gədəbəydə əmisini qətlə yetirən şəxs polis əməkdaşı olub

13 İyul 2020 14:01
Baxış: 1 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gədəbəydə əmisini qətlə yetirən şəxsin polis əməkdaşı olduğu məlum olub. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən, 1988-ci il təvəllüdlü İsgəndərov Arzu İsmayıl oğlu Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşı olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildiriblər ki, A. İsgəndərov sabiq polis əməkdaşıdır: "Arzu İsgəndərov əvvəl polis olub, hazırda o, polis əməkdaşı deyil". 

Qeyd edək ki, ötən gün A.İsgəndərov torpaq üstündə əmisi, 1957-ci il təvəllüdlü İsgəndərov Oruc Abbas oğlunu və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü İsgəndərova Sənubər Hüseyn qızını bıçaqlayıb. O.İsgəndərov hadisə yerində dünyasını dəyişib, S.İsgəndərova isə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən A. İsgəndərov saxlanılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.