Ölkə

Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur - PA rəsmisi

10 İyul 2020 18:47
Baxış: 1 552
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə gğrə, orduda bu məsələ nəzarət altındadır: "Mən bu barədə bu gün Azərbaycanın müdafiə naziri, general polkovnik Zakir Həsənovla da danışmışam. O bildirib ki, hazırda vəziyyət nəzarətdə saxlanılır. Əfqanıstandakı sülhməramlılarımız arasında bir hərbçimizdə virus aşkarlanmışdı, o da dərhal Azərbaycana gətirilərək karantinə götürülüb.

Hazırda orduda vəziyyət nəzarətdədir. Hərbi hissələrin tibb xidmətləri də hərbçilər arasında testlər keçirir və vəziyyətə xüsusi nəzarət olunur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.