Ölkə

Azərbaycanda daha bir telejurnalist koronavirusa yoluxdu - FOTO

7 İyul 2020 16:48
Baxış: 1 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) bölgə müxbiri koronavirusa yoluxub.

Milli.Az Baku TV-ə istinadən xəbər verir ki, televiziyanın cənub bölgəsi üzrə müxbiri Rəhman Məlikovun koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar verdiyi testin nəticəsi pozitiv çıxıb.

O, ev şəraitində müşahidəyə götürülüb və müalicəsinə başlanılıb. Lakin bu gün səhhəti ağırlaşdığı üçün o, Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl İTV-nin iki əməkdaşı da koronavirusa yoluxub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.