Dövlətə sadəqətlə, xalqa inamla xidmət edən ŞƏRƏFLİ POLİSİMİZ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Müstəqilliyimizi təmin etmək üçün bir neçə dövtəl atributi mövcüddür. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyidir, polis orqanlarıdır"
Ümummillli lider Heydər Əliyev
"Polis güclü nizam-intizama, yüksək peşakarlığa malikdir"
Prezident İlham Əliyev
Azərbaycanın ŞƏRƏFLİ POLİS-i xalqımızın inam, etimad ünvanıdır.
Amerikada da, Rusiyada da, Azərbaycanda da evi oğurlanan, maşını əzilən, oğlu öldürülən, özü aldadılan, qonşusundan dad çəkən, banditlərdən bezən, əlqərəz, Cinayət Məcəlləsinin 300-dən artıq maddəsi üzrə hamı və hər yerdə onlara üz tutur. Onlardan umur - öz şəxsi təhlükəsizliyindən tutmuş ictimai asayişin qorunmasınadək. ŞƏRƏFLİ POLİS-imiz dövlət strukturlarında iş rejimini təmin etmə, qiyamı, bandit birləşmələrini zərərsizləşdirmə, üsyan, mitinq, piket, cinayətkarlıqla mübarizə və s. şərəşur olayların da sipəridir.
Və biz mentalitetimizə uyğun olaraq... polisdə "yaxşı adam" axtarışındayıq. Bizim milli-mental təfəkkürdə "yaxşı adam" ən yaxşı halda cinayəti ört-basdır edən, ən pis halda görməzlikdən gələn hüquq-mühafizə orqanları əməkdaşlarına deyirlər. Ona görə də ağzıgünələr polisdə "yaxşı adamların yoxluğu"ndan gileylənir. Və bu həddən artıq sevindiricidir ki, polisdə "yaxşı adamın yoxluğu"nu kimsə deyirsə, qəti şəkildə əmin olmaq lazımdır ki, hansısa rayonda, hansısa bölmədə hansısa cinayətə göz yumulmayıb. Azərbaycan polisində "yaxşı adam" qıtlığı polis şərəfini qoruyan minlərlə yaxşı vətəndaşın varlığı deməkdir!
Sentimentallıqdan real faktlara keçərək qürur duyduğumuz polisimizin xidmətlərini xatırlayaq. 90-cı illərin əvvəllərinin daxili gərginliyi hələ də unudulmayıb. Bir neçə ilə altı daxili işlər naziri gördük müstəqilliyini yenicə qazanmış Azərbaycanda. Hərəsi də üç ay-beş ay, uzağı bir il duruş gətirə bildi. Silahlı birləşmələr, bandit qruplaşmaları, özbaşınalıq nəinki ictimai asayişə zərbə idi, hətta dövlət strukturlarını haça-paça vəziyyətinə gətirmişdi.
Ulu öndər Heydər Əliyevin gəlişi ilə aparılan islahatlar, xüsusi önəm verilən daxili siyasət az sonra bəhrəsini verdi. Ölkə daxilində vəziyyətin sabitliyinin qorunmasında yorulmadan fəaliyyət nəinki xarici və daxili düşmənlərin, hətta DİN daxilində özlərinə yuva salmış destruktiv qüvvələrin və qiyamçıların zərərsizləşdirilməsi, onlara uğurlu təpki göstərilməsi bir daha Azərbaycan polisinin modern və monolit bir qüvvəyə çevrildiyinin təcəssümüdür.
Budur ŞƏRƏFLİ POLİS-imizin qüdrəti.
Biz bugünkü əmin-amanlığı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ŞƏRƏFLİ POLİS-mizə borclu olduğumuzu unutmamalıyıq. Çünki ŞƏRƏFLİ POLİS-imiz bizim şərəfli nümayəndələrimizdən ibarətdir.
İnanırıq ki, peşəkar, təcrübəli, mübariz daxili işlər naziri general-polkovnuk Vilayət Eyvazovun rəhbərliyi ilə ölkəmizdə sabitliyin qorunması təmin ediləcək, cinayətkarlıqla mübarizə daha da gücləndiriləcək.
Bu gün də ŞƏRƏFLİ POLİS-imizin şəxsi heyəti milli dövlətçilik ideologiyasına söykənən prinsiplərlə xidmət edir.
Bayramınız mübarək ŞƏRƏFLİ POLİS-imiz!
Zaur Mirzə-zadə
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
XƏBƏR LENTİ
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Gəncəsər monastırı ətrafında Ermənistanda yaradılan qalmaqalın elmi-tarixi əsası yoxdur - AMEA
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı





