Ölkə

Xaricdə doktoranturaya sənəd verən 67 namizədin 45-i müsahibə mərhələsinə buraxılıb

1 İyul 2020 16:09
Baxış: 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan gənclərində xaricdə doktorantura təhsili almağa maraq var".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu 2019-2023-cü il Dövlət Proqramının İdarəetmə Qrupunun rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən, Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov deyib.

Onun sözlərinə görə, yeni dövlət proqramının doktorantura təhsili üzrə ilk qrupunun nəticəsi bu gün açıqlanıb. Ümumilikdə sənəd verən 67 namizədin 45-i müsahibə mərhələsinə buraxılıb.

M.Həsənov əlavə edib ki, yekunda 34 nəfər Türkiyə, Fransa, Rusiya, Kanada, Birləşmiş Krallıq daxil olmaqla, ümumilikdə 11 ölkənin 22 nüfuzlu universitetində tədqiqat aparmaq imkanı əldə ediblər: "Onlar sentyabrda təhsilə başlamaq niyyətindədirlər. Tədqiqatçıların 26 faizi təbiət, daha sonra iqtisadiyyat və idarəetmə və s. üzrə tədqiqatla məşğul olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.