Ölkə

Azərbaycanda koronafobiya da sürətlə yayılır

30 İyun 2020 12:23
Baxış: 4 421
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son aylar psixoloqlara müraciətlərin sayı artıb.

Milli.Az xezerxeber.az-a istinadla xəbər verir ki, şikayətlər isə daha çox koronavirusla bağlıdır.

Müraciət edənlərin çoxu valideynlərdir. Onlar övladları uzun müddət ev şəraitində qaldıqları üçün koronavirusla söhbətləşdiklərini, dalaşdıqlarını, hətta onu "balacaları ev həbsinə salan düşmən" adlandırdıqlarını deyirlər. Yaşı 60-dan yuxarı müraciət edənlər isə, nəinki ev, hətta yataq rejimindən çıxsalar bu virusa yaxalana biləcəklərindən ehtiyat edirlər.

Mütəxəssislər bunun gələcəkdə psixo-nevroza yol aça biləcəyini deyirlər.

Bunun qarşısını almaq üçün isə ilk növbədə evdə yeni məşğuliyyətlər tapmaq, pandemiyanın yayılma, yoluxma və ölüm statistikası xəbərlərindən uzaq durmaq məsləhət görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.