Ölkə

Magistraturaya müsabiqənin nəticələri bu tarixdə elan olunacaq

24 İyun 2020 19:31
Baxış: 1 364
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsilin magistratura səviyyəsinə qəbul olunmaq üçün proqram və ixtisaslaşma seçimi etmiş bakalavrlarla bağlı məlumat yayıb. 

DİM-dən Milli.Az-a daxil olan məlumatda deyilir: 

"Məlum olduğu kimi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunmaq üçün proqram və ixtisaslaşma seçimi 8-21 iyun tarixlərində həyata keçirilib.

Bu müddət ərzində 11380 bakalavr (Azərbaycan bölməsi üzrə 10549, rus bölməsi üzrə 831) öz ərizəsini təsdiq edib.

Lakin ali təhsil müəssisələri tərəfindən bakalavrların ümumi orta müvəffəqiyyət göstəricilərinin "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi prosesi bu gün yekunlaşıb.

Bundan əlavə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistraturasının 56 saylı qəbul proqramına aid 2 il iş stajı tələb edən ixtisaslaşmalarına (217125 Biznesin təşkili və idarə edilməsi; 217141 Biznesin təşkili və idarə edilməsi (idarəetmədə informasiya sistemləri)) sənəd qəbulu və onların yoxlanılması prosesi də bu gün başa çatıb.

Yuxarıda qeyd olunanlara əsasən magistratura səviyyəsinə qəbul olunmaq üçün müsabiqənin nəticələrinin 25 iyun tarixində - gün ərzində elan olunması nəzərdə tutulur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.