Ölkə

Şamaxıda hamilə qadına işgəncə verən şəxsin məhkəməsi başlayır

24 İyun 2020 09:17
Baxış: 1 763
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şamaxıda hamilə qadına işgəncə verən şəxs barəsində cinayət işi başlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini M. M-ə tanışı Kamran Kərimov tərəfindən işgəncə verilməsi ilə bağlı polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən K. Kərimov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 133.2.2-ci (işgəncə vermək, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə) maddəsi ilə ittiham verilib. 

Onun barəsində aparılan ibtidai istintaq başa çataraq baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Etibar Hümmətovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.