Ölkə

Karantin rejimi sərtləşdirilməyən rayonlarda imtahanlar keçiriləcək? - RƏSMİ AÇIQLAMA

20 İyun 2020 13:11
Baxış: 1 768
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Gələn həftə planlaşdırılan müəyyən imtahanlar təxirə salındı. Bunlar sərt karantin rejimi tətbiqi olunan şəhər və rayonlardır. Qalan rayonlarda imtahan keçirmək imkanı yaradılıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.

"Biz abituriyentlərdən tələb edirik ki, imtahana maska ilə gəlsin. İndiki zamanda hər kəs özünü qorumalıdır".

M.Abbaszadə qeyd edib ki, bu gün saat 10-dan iyunun 24-25- keçiriləcək imtahanalara buraxılış vərəqəsi almaq mümkündür: "Bunlar 9 və 11-ci siniflər üçün buraxılış, Azəırbaycan dili imtahanlarıdır. Çox zaman buraxılış vərəqələrinin çapında orta məktəb müəllimləri kömək edir. Bu imtahanlara binaların hazırlanmasında da onların çox böyük zəhməti olub. Buna görə onlara minnətdarlığı bildirirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.