Ölkə

Bakıda ictimai nəqliyyatda qaydalara əməl etməyən 42 nəfər cərimələnib - FOTO

18 İyun 2020 18:18
Baxış: 994
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın Nərimanov rayonunda ictimai nəqliyyatdan istifadə edən sərnişinlər arasında profilaktik tədbirlər keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şərnişinlər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə qaydalara əməl etməyən 42 nəfər barəsində inzibati xəta haqqında protokol tərtib olunub.

Qeyd edək ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.