Ölkə

Bakıdan rayonlara avtomobillərin buraxılmaması böyük tıxac yaratdı - FOTO

13 İyun 2020 14:25
Baxış: 4 433
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sərtləşdirilmiş karantin rejimindən əvvəl Bakı şəhəri və Abşeron rayonunda qeydiyyatda olan bəzi şəxslər rayonlara buraxılmaması Bakı-Şamaxı yolunda böyük tıxaca səbəb olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, rayonlara getmək istəyən şəxslər geri qaytarılır və bu səbəbdən yolda uzun tıxac yaranıb.

Qeyd edək ki, ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildrimişdi ki, Sərtləşdirilmiş karantin rejimindən əvvəl Bakı şəhəri və Abşeron rayonunda qeydiyyatda olan bəzi şəxslər rayonlara getmək istəyirlər.

Onun sözlərinə görə, Bakı, Abşeron və ya Sumqayıt qeydiyyatı olan şəxslər karantin postlarından rayonlara buraxılmayacaqlar: "Karantin postları həmin şəxsləri geri qaytaracaq. Ona görə də heç kim digər rayonlara getməyə cəhd etməsin".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.