Ölkə

Sərt karantin elan olunan ərazilərdə hərəkətə nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub

12 İyun 2020 17:59
Baxış: 974
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sərt karantin elan olunan ərazilərdə hərəkətə nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, iyunun 14-dən 16-dək sərt karantin elan olunan ərazilərdə mobil postlar da olacaq: "Yalnız fəaliyyətinə icazə verilən şəxslərin hərəkətinə icazə veriləcək. Digərlərindən xahiş edirik ki, karantin günlərində evlərini tərk etməsinlər. Vətəndaşlar yalnız təcili yardım xidmətinə ehtiyacı olanda və yaxın qohumlarının dəfn mərasminə getmək üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verəndən sonra icazə əsasında evlərini tərk edə biləcəklər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.