Ölkə

Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib

12 İyun 2020 17:09
Baxış: 2 039
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, brifinqdə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev, TƏBİB-in yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev jurnalistləri maraqlandıran suallara cavab verib.

Qeyd edək ki, ölkədə ümumilikdə 8 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 930 nəfər müalicə olunaraq sağalıb, 108 nəfər vəfat edib, 3 844 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.