Ölkə

Bakıda uşaq həkimi koronavirusdan öldü

12 İyun 2020 11:59
Baxış: 2 045
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda daha bir həkim koronavirusun qurbanı olub.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, N.Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının pediatrı Sədaqət Həsənova vəfat edib.

Məlumata görə, həkim Ramazan bayramından sonra işə gəlməyib. O, 1 Saylı Klinik Tibbi Mərkəzə yerləşdirilmişdi.

Həmkarlarının bütün müdaxilələrinə baxmayaraq, bir gün süni nəfəs aparatında qalan 65 yaşlı tibb işçisinin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, o, virusun qurbanı olan ilk tibb işçisi deyil. Ötən gün travmatoloq Mehman Hüseynov da adıçəkilən xəstəlikdən vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.