Ölkə

Arif Məmmədov: "Aprel-may ayları ərzində 25 min sərnişin daşınıb"

11 İyun 2020 17:33
Baxış: 910
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprel-may ayları ərzində 25 min sərnişin daşınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın bu gün keçirilən iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov deyib.

Onun sözlərinə görə, bu rəqəmlər Azərbaycana və xarici ölkələrə edilən çarter reysləri ilə baş tutub:

"Bu dövr ərzində hava nəqliyyatı ilə yük daşımalarına heç bir qadağa qoyulmayıb və hətta yükdaşımalarda 25-27% artım olub. Bundan başqa, aprel-may aylarında 25 minə yaxın sərnişin daşınıb. Bu, həm Azərbaycana və xaricə olan çarter reysi ilə həyata keçirilən uçuşlar üzrə olub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.