Ölkə

Parkda ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılıb

10 İyun 2020 21:08
Baxış: 712
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Binəqədi rayonu, keçmiş trolleybus parkının ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən keçmiş trolleybus parkının ərazisində ağac kəsintisi faktının qeydə alınmadığı və ağacların normal bioloji inkişafda olduğu məlum olub.

Ərazidəki ağaclar nəzarətə götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.