Ölkə

Jurnalistlərin əkdiyi meyvə ağacları bar verib - FOTO

10 İyun 2020 16:13
Baxış: 1 129
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Jurnalistlərin təşəbbüsü ilə Zığ şossesinin kənarında, jurnalistlər tərəfindən əkilən meyvə ağacları bar verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova öz "Facebook" səhifəsində məlumat yayıb və jurnalistlər bağının fotolarını paylaşıb.

"Artıq jurnalistlər əkdikləri ağacların məhsulundan dada bilərlər. Əkən əlləriniz VAR olsun!
İstədim ki, bağın ərsəyə gəlməsində zəhməti olanlar əkdikləri ağacların bəhrəsini görsünlər və bu ürəkaçan mənzərənin şahidi olsunlar" - deyə, o qeyd edib.

Xatırladaq ki, 10 mart 2019-cu il tarixində 100-dən çox jurnalistin iştirakı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakıda jurnalistlər bağı salınıb, əraziyə damcılı suvarma sistemi çəkilib və bağa "Yaşıl qələm" adı verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.