Ölkə

Kür çayının suyu niyə azalır? - Açıqlama

5 İyun 2020 16:38
0 Şərh     Baxış: 1 167
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər sosial şəbəkələrdə Kür çayının suyunun kəskin azalmasını əks etdirən şəkillər yayılır. 

Paylaşımlarda Kür çayında suyun səviyyəsinin aşağı düşməsini yağıntıların az olması, eləcə də suvarmada istifadəsi ilə əlaqələndirirlər. 

Bildirilir ki, hər gün çayın suyunda azalmalar müşahidə olunur. 

Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.

Milli.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mi­lli Hidrometeorologi­ya Departamentinin baş hidroloqu Asif Verdiyev oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, çayda suyun azalması qısamüddətli xarakter daşıyır:

"Son günlər ölkə ərazisinə düşən yağıntının miqdarının normadan az olması və çaylarda sululuğun azalması nəticəsində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Kür çayında suyun səviyyəsinin azalması ilə əlaqədar çayda axının sürəti də azalıb".

"Bu dövrdə şimal-şərq istiqamətli küləyin davamlı olması və arabir güclənməsi nəticəsində dalğalanma baş verib və dənizdən Kür çayının axınına doğru əks axın əmələ gəlib.

Belə hadisə təbii amillərlə bağlı olduğundan qısamüddətli xarakter daşıyır", - Asif Verdiyev qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.