Ölkə

Üç gün ərzində 3 saylı Bakı DOST Mərkəzində 1790 vətəndaşa xidmət göstərilib - FOTO

4 İyun 2020 14:14
Baxış: 1 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyun ayının 1-dən etibarən bütün xidmətlər üzrə fəaliyyətə başlayan 3 saylı Bakı DOST Mərkəzində 1790 vətəndaş müraciəti qeydə alınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, vətəndaşlara "bir pəncərə" prinsipi ilə 132 növdə xidmət göstərilib. Müraciətlərin əksəriyyəti - yəni 76,09%-i sosial müdafiə ilə bağlı olub. Məşğulluq ilə bağlı müraciətlər 17,26%, əlilliklə bağlı müraciətlər isə 4,86% təşkil edib. Q-Net elektron sorğu sistemi və DOST könüllülərinin fərdi sorğularına əsasən, xidmətlərdən yararlanan vətəndaşların məmnunluq səviyyəsi 95,84 faiz olaraq qeydə alınıb.

Xatırladaq ki, mayın 19-da Prezident İlham Əliyevin iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı baş tutub. Nizami, Suraxanı və Sabunçu rayonlarının sakinlərinə xidmət göstərən Mərkəzdə vətəndaşlara "bir pəncərə" prinsipi ilə 132 növdə xidmət göstərilir.

Mərkəzdə il ərzində 150 mindən artıq vətəndaş müraciəti gözlənilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.