Ölkə

İbrahim Məmmədov: "Maskalarla bağlı vahid qiymət 30 qəpikdir"

3 İyun 2020 19:56
0 Şərh     Baxış: 1 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Maskalarla bağlı vahid qiymət 30 qəpikdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, idxal olunan maskaların qiyməti isə fərqlidir: "Tələbat olduğu halda idxalçı şirkətlər də qiyməti qaldırıb. Amma dövlət 30 qəpikdən yuxarı olan qiyməti ödəyir. Maska qıtlığı ola bilməz, kimsə vəziyyətdən sui-istifadə edərsə, onunla bağlı ölçü götürüləcək. Sumqayıtda cənab Prezidentin iştirakı ilə 2 zavod açılıb. Gündəlik 500 min maska istehsal edə bilirlər. Bundan başqa 10 milyon maska ehtiyatı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.