Ölkə

TƏBİB sədri: "Tibb müəssisələrində sıxlığın yaranması əsas verir ki, əhalini həmrəyliyə dəvət edək"

3 İyun 2020 19:46
0 Şərh     Baxış: 1 151
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhərindəki tibb müəssisələrində sıxlığın yaranması əsas verir ki, əhalini "Biz birlikdə güclüyük" devizi altında həmrəyliyə dəvət edək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, həftə sonlarında tətbiq edilən məhdudiyyətlərdən sonra əks-epidemik nəticələrin əldə edilməsinə ümid edilir: "İnsanların normal sosial həyata qayıtmasını arzu edirik. Bütün bunlar yalnız həftə sonları üçün verilən qərarardan asılı deyil. Digər günlərdə də qaydalara əməl etməliyik".

R.Bayramlı qeyd edib ki, maskaya tələbat arta bilər. Amma hər kəs evdə də təlimatlara uyğun olaraq maska hazırlaya bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.