Ölkə

Azərbaycanın işğal altında olan ərazilərində 43 nəfər koronavirusa yoluxub

1 İyun 2020 16:06
0 Şərh     Baxış: 1 420
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Dağlıq Qarabağda koronavirusa 3 yeni yoluxma faktı qeydə alınıb.

Bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 43 nəfərə çatıb.

Bildirilib ki, virusa yoluxanlardan 26 nəfər sağalıb.

Hazırda 102 nəfər karantindədir, xəstəlikdən ölüm faktı isə qeydə alınmayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.