Ölkə

Azərbaycanda qapalı zallarda məşqlərə icazə verilir - Nazirlik açıqladı

31 May 2020 14:32
Baxış: 4 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda qapalı şəraitdə müxtəlif Olimpiya İdman Komplekslərində məşqlərə icazə verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın 23 may 2020-ci il tarixli növbəti mətbuat konfransında açıq havada idman yarışlarının keçirilməsinin mümkünlüyü vurğulanıb.

Bu açıqlamadan irəli gələrək Gənclər və İdman Nazirliyi bildirir:

"Gənclər və idman nazirliyinin balansında olan Olimpiya İdman Komplekslərinin və digər idman təyinatlı obyektlərin açıq havada yerləşən meydaça və qurğuları əhalinin istifadəsinə verilir.Federasiyalar tərəfindən Gənclər və İdman nazirliyinə edilən sifarişlər nəzərə alınaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı əsasında idmançıların yoxlanılması, onların xüsusi karantin qaydalarına əməl etmələri və federasiyalar tərəfindən nazirliyə gündəlik hesabatların verilməsi şərti ilə idman növləri üzrə yığma komandaların qapalı şəraitdə müxtəlif Olimpiya İdman Komplekslərində məşqlərinə icazə verilsin.İdmançıların regionlarda yerləşən Olimpiya İdman komplekslərinə məşqlər üçün ezam olunmaları xüsusi icazə qaydalarına (ezamiyyə icazəsi) əsasən aparılacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.