Susuzluqdan dodaqları çatlayan kəndlilər: Şəkidə su problemi - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yay gələn kimi ölkənin əksər yerlərində olduğu kimi, Şəkidə də insanların içməli su problemi bitib-tükənmək bilmir. Lakin bu kənddə artıq su problemi elə bir həddə çatıb ki, insanlara, onların təsərrüfatlarına ziyan vurmağa başlayıb.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.
Sakin: "Bir maşın su gətirdirik, 3-4 gün getmir. Biz hara gedək? 4 gündən bir 15 manat suya verdiyim pula ət alıb uşağıma yedirərəm. Toyuq-cücəyə verməyə su olmur. 1200 manat verib iribuynuzlu mal aldıq, susuzluqdan öldü".
Qoxmuq kəndinin sakinlərinə gün ötrə su verilir. Qarşıdan da isti yay günlərinin gəldiyini nəzərə alsaq vəziyyətin nə qədər ağır olduğunu anlamaq o qədər də çətin deyil.
Çıxış yolu kimi sakinlər pulla su almalı olurlar. Bu su da yalnız içmək və vacib tələbatlara sərf edildiyindən mal-qara, ağaclar susuz qalıb.
Sakin: "Məcburiyyətdən uşaqların ağzından, qarnından kəsib, 15 manatlıq su gətirdirik. 15 manatlıq su da bir həftə bizə yetmir. Biz ağac sulamağa yox, içməyə su istəyirik. Mən qorxuram ki, virus düşər, bizə, körpə uşağa keçər".
Sakin: "20 dəqiqə su gəlir, onun da 7 dəqiqəsi hava gəlir. Barmaq nazikliyində su gəlir, təzyiqi yoxdur. Su olmadığı üçün ciddi əziyyət çəkirik. . Nə zaman düzələcək bu su problemi? Hanı su? Bizim su hara satılır?".
Susuzluq kənd sakinlərinin təsərrüfat fəaliyyətini də pozub. Min əziyyətlə əkib-becərilən bitkilər bu səbəbdən quruyur.
Sakin: "Kəndçiyik, meyvəmiz, tərəvəzimiz, təsərrüfatımız olmalıdır. Suvarma suyu olmadığına görə nə isə yetişdirib öz tələbatlarımızı da ödəyə bilmirik".
Ümid edirik isti yay ayları gəlməmiş bu problem hell ediler. Əks halda susuzluq kənddə daha böyük fəsadlara yol aça bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
XƏBƏR LENTİ
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)





