Həyat yoldaşını amansızlıqla döyən azərbaycanlı jurnalist saxlanıldı - YENİLƏNİB - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
15:24
Şirvan Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları Şirvan sakini, 1993-cü il təvəllüdlü Məmmədli Ayşən Hafiz qızının şikayəti əsasında əvvəllər qeyri-rəsmi nikahda yaşadığı Şirvan sakini, 1957-ci il təvəllüdlü Nağıyev Mirhüseyn Balağa oğlunu saxlayıb.
Milli.Az APA-ya istinadən bildiir ki, şikayətində 26 may saat 13.00 radələrində M. Nağıyevin qadının satıcı işlədiyi telefon mağazasına gələrək, onu insanların gözü qarşısında vəhşicəsinə döyərək baş nahiyəsindən xəsarətlər yetirdiyini bildirib. Keçirilən istintaq tədbirləri nəticəsində Mürhüseyn Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Baş vermiş hadisəni özündə əks etdirən videogörüntülər və şahidlərin izahatları əsasında saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Həmçinin istintaq tərəfindən müəyyən edilib ki, M.Nağıyev 2012-ci ildən 2018-ci ilədək A.Məmmədli ilə qeyri-rəsmi nigahda yaşayıb.
Mirhüseyn Nağıyev "Bizim vətən" ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktorudur.
Qeyd edək ki, saxlanılan şəxsin qadını döyməsi kadrları sosial şəbəkələr üzərindən geniş yayılıb.
-------
11:07
Şirvan şəhərində jurnalist həyat yoldaşına qarşı zorakılıq edib.
Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Azərbaycan Xalq hərəkatının Şirvan təşkilatının sədri Mirhüseyn Ayşən adlı xanımının çalışdığı telefon mağazasına gələrək, onu hamının gözü qarşısında vəhşicəsinə döyüb.
Mirhüseyn adlı bu şəxsin həyat yoldaşına qarşı etdiyi bu zorakılıq qısqanclıq zəmnində olub. Beləki o, həyat yoldaşının mağazanın sahibi ilə gizlin görüşdüyünü iddia edib.
Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət arasında narazılıqla qarşılanıb.
Qeyd edək ki, jurnalist bir neçə il əvvəl başqa qadınla evli olduğuna baxmayaraq, o zaman ailəli olan Ayşəni qaçırdıb. Verilən məlumata görə, qadın onun birinci həyat yoldaşının qohumudur.
Video və məlumat @ xeberizle "İnstagram" səhifəsində yayımlanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
"Fənərbaxça" formasını geyinib Nur dağına getdi
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Tanınmış 30 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Rusiya bu bölgələrdə komendant saatı tətbiq etdi
-
“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı
-
Azərbaycanda mal əti bahalaşdı
-
Tural Məmmədov işdən çıxdı
-
Şerif Sezerin mükafat mərasimində halı pisləşdi - (Foto)
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
-
İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir
-
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
-
Bülent Ersoydan balaca fanatlarına böyük jest: "Paçka” pulları işə saldı - (Video)
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ





