Ceyranbatan su anbarı yenidən qurulur - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun içməli su təchizatında böyük payı olan Ceyranbatan Sutəmizləyici Qurğularında əsaslı bərpa və yenidənqurma işləri aparılır.
Qurumdan Milli.Az-a verilən məlumata görə, 1960-80-ci illərdə mərhələlərlə inşa edilmiş Ceyranbatan Sutəmizləyici Qurğularının təmiz su anbarları uzun illər istismar olunub. Son dövrlərdə anbarların istismar tələblərinə cavab verməməsi lazımi həcmdə su ehtiyatlarının toplanmasında və istehlakçıların artan tələbatının ödənilməsində çətinliklər yaradırdı. Bütün bunlar nəzərə alınaraq, Ceyranbatan Sutəmizləyici Qurğularında emal olunan suların toplandığı anbarlarda əsaslı yenidənqurma işləri həyata keçirilir.
Layihəyə əsasən, hər birinin tutumu 2100 kubmetr olan 5 su anbarının yenidən qurulması, yeni siyirtmə kameralarının inşası, daha məhsuldar nasos stansiyalarının quraşdırılması nəzərdə tutulur. Artıq 3 anbarda işlər yekunlaşıb, digər 2 anbarda isə davam etdirilir. Görülmüş işlər çərçivəsində həmin anbarların özül və divarları dəmir-beton konstruksiyalarla möhkəmləndirilib, korroziyaya uğramış hissələr sökülərək beton örtüklə izolyasiya edilib. Anbarların yararsız hala düşmüş üst plitələri tamamilə sökülərək dəyişdirilib. Təmir-bərpa işləri çərçivəsində anbarların giriş-çıxış xətləri yenilənib, 14 ədəd siyirtmə yenisi ilə əvəz olunub, 5 ədəd siyirtmə kamerası inşa edilib. Suyun optimal paylanması məqsədilə qaldırıcı nasos stansiyasında 2 ədəd nasosun quraşdırılması başa çatdırılıb. Nasos stansiyalarının enerji təchizatı məqsədilə 6 kilovoltluq transformator stansiyası da inşa edilib. Yeni nasosların quraşdırılması suyun + 105 Saray anbarına qaldırılaraq buradan özüaxımlı rejimdə paylanmasına imkan verəcək.
Ümumilikdə, layihə çərçivəsində indiyədək 240 kubmetr beton, 2700 kubmetr torpaq işləri görülüb. Yenidən qurulan və bərpa olunan anbarların ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq. Bərpa və yenidənqurma işləri yekunlaşdıqdan sonra bu mənbədən qidalanan ərazilərdə yaşayan əhalinin içməli su təchizatında dayanıqlılıq təmin olunacaq, xüsusən yay aylarında artan tələbatın ödənilməsinə əlavə imkan yaranacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
XƏBƏR LENTİ
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Qazaxda açıq ərazidə güclü yanğın





