Ölkə

Orduya qarşı təxribat xarakterli kampaniya aparılır - Müdafiə Nazirliyi AÇIQLADI

21 May 2020 18:21
0 Şərh     Baxış: 1 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusuna qarşı aparılan təxribat xarakterli kampaniyaya "Azeri Defence" jurnalının baş redaktoru Rəşad Süleymanovun qoşulması təəssüf hissi doğurur.

Milli.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, əsgər rütbəsində hərbi xidmət keçmiş bir şəxsin strateji səviyyədə mülahizələr yürütməsi qəbuledilməzdir:

"Müxtəlif qüvvələr tərəfindən maliyyələşdirilən bu şəxs Müdafiə Nazirliyinə qarşı başladılan qarayaxma kampaniyasına, eləcə də düşmənin Azərbaycan Ordusuna qarşı apardığı informasiya təbliğatına dəstək verir.

Bildiririk ki, bununla bağlı Müdafiə Nazirliyi tərəfindən hüquqi müstəvidə bütün zəruri tədbirlər görüləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.