Ölkə

Azərbaycanda heyvanlarda KORONAVİRUS aşkar edilib? - RƏSMİ CAVAB

21 May 2020 17:37
0 Şərh     Baxış: 2 435
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycanda COVİD-19-a görə heyvanlar üzərində test aparılıbmı, yoluxma halı müəyyən edilibmi?"

Milli.Az xəbər verir ki, bu sualları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində cavablandırıb.

O, ÜST-dən bununla bağlı hansısa bir tövsiyə almadıqlarını qeyd edib:

"Azərbaycanda heyvanlar arasında testlər aparılmayıb. Ümumiyyətlə heyvanlardan insanlara bu virusun yoluxmasında iştirakı hələ ciddi öyrənilməyib. ÜST-ün bununla bağlı ciddi araşdırmaları və yaxud üzv ölkələrə tövsiyələri mövcud deyil. Kütləvi olaraq heyvanların testlərinin aparılması kimi bir şey yoxdur".

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.