Mayın 18-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürüldükdən sonra paytaxtın "Tarqovı" adlanan ərazisi - Nizami küçəsində həyat öz axarına qayıtmağa başlayıb.
Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.
Milli.Az Trend-ə istinadən Bakının mərkəzi küçəsindən fotoları təqdim edir:
Milli.Az