Ölkə

Uşaq həkimi hədələnərək qarət olundu

20 May 2020 12:23
0 Şərh     Baxış: 1 037
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biləsuvar rayonunda həkim hədələnərək qarət olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında baş verib. Xəstəxananın uşaq həkimi, Cəbrayıl rayonundan olan məcburi köçkün Məmmədov Eldar Babalar oğlu prokurorluğa müraciət edərək bildirib ki, Həsənov Raqib Rafiq oğlu ona hədə-qorxu gələrək, 1 850 manatını alıb.

Prokurorluqda zərərçəkmiş və bəzi şahidlərin ifadəsi alınıb, faktla bağlı Cinayət Məcəlləsinin 182-ci(hədə-qorxu ilə tələb etmə) maddəsilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.