Ölkə

Dilçilik İnstitutunun direktoru: "Yeni orfoqrafiya lüğəti satışa çıxarılmayacaq"

19 May 2020 15:45
0 Şərh     Baxış: 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan yeni orfoqrafiya lüğəti satış üçün nəzərdə tutulmayacaq.

Milli.Az xəbər verir ki, bunu Trend-ə institutun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, lüğət min ədəd tirajla çap ediləcək:

"İlkin mərhələdə bu sayda kitab nəşr ediləcək, amma sonrakı mərhələlərdə bu say, yəqin ki artırılacaq. Amma akademiyanın nəşrləri satış üçün nəzərdə tutulmur. Ona görə də bu kitab satılmayacaq".

M.Nağısoylu qeyd edib ki, yeni orfoqrafiya lüğəti çap edildikdən sonra o, elektron formatda institutun saytında, eləcə də Azərbaycan dilinin ümumi informasiya bazasında yerləşdiriləcək.

Akademik hazırda lüğətin çapına hazırlıq üçün işlərin aparıldığını söyləyib.

O əlavə edib ki, lüğətin təxminən 20 gün ərzində çap ediləcəyi gözlənilir. Yeni lüğətdə təxminən 106 min söz var.

Qeyd edək ki, Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə çap edilib.

2019-cu ildə Nazirlər Kabineti tərəfindən Azərbaycan dilinin yeni orfoqrafiya normaları təsdiqləndikdən sonra yeni lüğətin hazırlanması və çap edilməsi zərurəti yaranıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.