Dövlət Turizm Agentliyi: Hotellər artıq yeni tələblərə əməl etməyə başlayıblar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Turizm Agentliyi olaraq, hotelləri Sanitariya və Gigiyena Metodları və Normaları Proqramına (SAHMAN - Sanitation and hygiene methods and norms) qoşulmağı çağırırıq.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Turizm Agentliyinin Turizm sənayesi və layihələrlə is sektorunun mudiri Günay Bayramova "Pandemiya dövründən sonra daxili turizmin inkişafı və region hotellərinin xüsusi hazırlığı" mövzusunda keçiriləcək online müzakirələrdə deyib.
Onun sözlərinə görə, SAHMAN proqramının mayın 31-dən sonra tətbiq edilməsinin nəzərdə tutulmasına baxmayaraq, artıq hotellər bu proqramının tələblərinə əməl etməyə başlayıblar:
"Artıq dünyada insanların səyahət üçün tələbləri, ehtiyacları dəyişir. Bu proqram turizm müəssisələrinin sanitar-gigiyenik tələblərə əməl etməsini nəzərdə tutur. Məqsəd Azərbaycanın turizm sənayesinin bütün halqalarında sanitar-gigiyenik tələblərə əməl etməyi təmin etməkdir. Biz hər kəsi buna məcburi etmək istəmirik. Buna görə də SAHMAN-a qoşulmaq könüllüdür".
G.Bayramova əlavə edib ki, müəssisələr bu proqrama qoşulmaqla sanitar tələblərə əməl etmək öhdəliyini götürürlər.
Agentlik rəsmisi qeyd edib ki, SAHMAN-a qoşulanlara müxtəlif istiqamətlər üzrə dəstək göstərilir. Proqrama qoşulan turizm müəssisələri üçün onlayn və ödənilsiz əsaslarla təlimlər keçirilir. Müəssisənin təlimdə iştirak edən işçisi SAHMAN meneceri olur.
G.Bayramova proqrama qoşulanlara marketinq dəstəyi göstəriləcəyini də söyləyib.
O qeyd edib ki, proqramda iştirak hər kəs üçün açıqdır:
"Hotellər, hətta hostellər, qonaq evləri bu proqrama qoşula bilərlər. Proqrama qoşulma ilə bağlı hər hansı tələb yoxdur, amma müəssisələr qoşulduqdan sonra müəyyn tələblərə əməl etmək lazımdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezidentin Gədəbəyə təyin etdiyi icra başçısı kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
XƏBƏR LENTİ
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin Gədəbəyə təyin etdiyi icra başçısı kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?
-
İlkin Həsənidən bloqer xanımına bahalı hədiyyə - (Video)
-
Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub - (Foto)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
U-17 qızlarımızın ilk sınağı ağır məğlubiyyətlə başa çatdı





