Ölkə

Toylara sentyabradək qadağa qoyulub? - Rəsmi açıqlama

16 May 2020 12:04
2 Şərh     Baxış: 5 952
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə bu ilin sentyabr ayınadək toyların keçirilməsinə qadağa qoyulduğu haqda məlumatlar yayılıb və dünəndən  sözügedən mövzu müzakirələrə səbəb olub.

Toylarla bağlı məsələyə Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən açıqladığı qaydalarda toxunulub. Belə ki, mayın 18-dən bir çox sahələrdə yumşalmalar olsa da, toy məclislərinin təşkilinə qoyulan qadağa hələ də qüvvədədir.

Milli.Az xəbər verir ki, TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva qafqazinfo-ya açıqlamasında bildirib ki, qurumun İdarə Heyətinin sədri Ramin Bayramlının adından toyların sentyabr ayınadək qadağan olunması barədə yayılan məlumat yalandır: "Ramin Bayramlı belə bir açıqlama verməyib".

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi mayın 31-dək uzadılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.