Ölkə

Apreldə Azərbaycana gələn xarici vətəndaşların sayı 92 faiz azalıb

14 May 2020 12:36
0 Şərh     Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin aprel ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 92 faiz azalıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Hazırda dünya, o cümlədən Azərbaycan turizminin böhran içində olduğunu xatırladan K.Quluzadə əlavə edib ki, Azərbaycana gələn xarici vətəndaşların sayının 92 faiz azalması turizmin sıfır nöqtəsində olduğunu göstərir:

"Turizmi inkişaf etdirən bütün dünya ölkələri son 2-3 ay ərzində yeni bərpa və inkişaf mərhələsinə hazırlaşırlar. Azərbaycan turizminin nümayəndələri də bu məqsədlə öz marketinq işlərini, treninqlərini onlayn keçirir, beynəlxalq təşkilatlar və xarici dövlətlərlə turizm sahəsi üzrə onlayn danışıqlar aparırlar".

K.Quluzadə əlavə edib ki, pandemiyanın olmasına baxmayaraq, hazırda Azərbaycan üçün prioritet olan xarici bazarların itirilməməsi səbəbindən fərqli alətlərdən istifadə etməklə onlayn qaydada işlər aparılır.

O, bu prioritet xarici bazarlara misal olaraq, Çin, Rusiya, Fransa, Türkiyə və digər inkişaf etmiş ölkələri misal çəkib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.