Ölkə

Restoran və kafelər açılacaqmı? - TƏBİB sədri açıqladı

9 May 2020 18:10
1 Şərh     Baxış: 5 872
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Biz kafe və restoranları uzun müddət bağlı saxlaya bilmərik". 

Milli.Az APA-ya istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı  bildirib. 

R. Bayramlı deyib ki, sərt karantin rejimində tibb müəssisələri səfərbər edilib, təchizat təmin olunub: "Bundan sonra yumşaldılma və əvvəlcədən planlaşdırılmış tədbirlərin həyata keçirilməsi mərhələsindəyik. Bütün mərhələlər üçün qaydalar hazırlanıb. Əgər biz qaydalara əməl etsək, nə rayonlarda kafe və restoranlarda, nə Bakıda metroda, nə də digər müəssisələrdə yoluxma olar. Kafe və restoranların açılması ilə bağlı layihələr var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.