Ölkə

Bakı metrosu koronavirusa görə milyonlar itirdi - RƏSMİ RƏQƏMLƏR

8 May 2020 17:36
6 Şərh     Baxış: 2 188
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə metropolitenin fəaliyyətinin dayandırılması bu nəqliyyat vasitəsinin nə qədər sərnişin itirməsi ilə nəticələnib?

Milli.Az xəbər verir ki, bu suala Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün brifinqində "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov cavab verib.

Sədr bu günlər ərzində metropolitenə dəyən zərəri açıqlayıb:

"Statistika var. Biz onu pula çevirib itkilərimizi saymırıq, biz sayırıq ki, nə qədər sərnişin itirmişik. Bu günə qədər biz 29 milyon sərnişin itirmişik".

Qeyd edək ki, gediş haqqının 30 qəpik olduğunu nəzərə alsaq 29 milyonu həmin rəqəmə vuranda Metropolitenin 8 milyon 700 min manat itirdiyi məlum olur.

Təhməz Təkin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.