Ölkə

Bakıda qovaq ağacı belə kəsildi - VİDEO

5 May 2020 19:14
0 Şərh     Baxış: 1 807
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sakinlər Bakının Parlament prospekti, Qutqaşınlı küçəsi 1 ünvanında ağacların kəsildiyini deyirlər. 

Milli.Az xəbər verir ki, şikayətçi vətəndaşlar qafqazinfo-ya bildirib ki, yol kənarında olan ağaclar kəsilərək yerinə asfalt örtüyü tökülüb. 

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov qafqazinfo-ya açıqlamasında bildirib ki, sözügedən küçədə ağaclara aqro-texniki qulluq edilib, bir ədəd qəzalı vəziyyətdə olan qovaq ağacı kəsilib:

"Bir ədəd gövdəsi çürümüş, qəzalı vəziyyətdə olan qovaq ağacı kəsilib. Bildiyimiz kimi bu ağaclar kənardan yaşıl görünsə də, gövdəsində çürümə gedir və qısa zamanda aşır. Biz o qəzalı vəziyyətdə olan ağacı saxlaya bilmərik. Qanun da icazə verir ki, gövdəsindən çürümüş, qocalmış qovaq ağacları kəsilə bilər. 

Küçədə 50-dən çox ağaca aqro-texniki qulluq edilərək budanıb, formasını itirmiş ağaclara forma verilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.