Ölkə

Azərbaycanda Ukrayna sakinləri üçün xüsusi reys təşkil olunacaq

5 May 2020 15:46
0 Şərh     Baxış: 1 587
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın Azərbaycandakı səfirliyi "Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkəti ilə birgə Bakı-Kiyev xüsusi reysini təşkil edəcək.

Milli.Az xəbər verir ki, Trend bu barədə səfirliyə istinadən məlumat verir.

Reys Ukrayna vətəndaşlarının, eləcə də Ukraynada yaşayış hüququ olan şəxslərin geri qayıda bilməsi üçün həyata keçiriləcək.

Məlumata əsasən, reys mayın 11-də Bakı vaxtilə saat 15:30-da baş tutacaq və Kiyev vaxtilə saat 18:30-da çatacaq.

Biletləri aviaşirkətin rəsmi saytından almaq olar. Qeydiyyat Heydər Əliyev beynəlxalq hava limanında "Ukrayna Beynəlxalq Hava Yolları"nın stendində keçiriləcək.

Nəzarət-buraxılış məntəqəsində sərnişinlər Ukrayna nömrəsi olan telefonu nümayiş etdirməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.